Lavrov Türkiyədə danışıqlar aparacaq

 Lavrov Türkiyədə danışıqlar aparacaq
  28 İyun 2021    Oxunub:744
Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 30-da Türkiyəyə səfər edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.

Lavrov Antalyada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlar aparacaq. Görüş zamanı nazirlər ikitərəfli münasibətlərin vəziyyətini və inkişaf perspektivlərini, regional və beynəlxalq gündəlikdəki aktual məsələləri müzakirə edəcəklər.

Qeyd olunub ki, XİN rəhbərləri Cənubi Qafqaz, Yaxın Şərq və Şimali Afrika, Əfqanıstan, Ukrayna, Orta Asiya, Şərqi Aralıq dənizi və Qara dəniz bölgəsindəki vəziyyətə dair fikir mübadiləsi aparacaqlar.

Bundan əlavə, tərəflər 26 may 2021-ci il tarixində Suriyada keçirilmiş prezident seçkiləri fonunda ölkədəki böhranın həlli, Liviyadakı vəziyyətin inkişaf perspektivləri ilə bağlı müzakirələr aparacaqlar.

Hərbi-texniki əməkdaşlıq, koronavirus infeksiyasına qarşı mübarizə məsələləri də diqqətdə olacaq.

Azvision.az



Teqlər: SergeyLavrov   Türkiyə   Səfər  





Xəbər lenti