Moskvanı su basıb – Foto, Video

Moskvanı su basıb –    Foto, Video
  28 İyun 2021    Oxunub:1566
Kəskin istilərdən sonra başlayan güclü leysan yağışları nəticəsində Moskvanı su basıb. Şəhərin kanalizasiyası kəskin yüklənmənin öhdəsindən gəlməyib. Bir çox rayonlarda evlərin birinci mərtəbələri və ticarət obyektləri suyun altında qalıb.


Metronun bənövşəyi xətti qapadılıb. Küçələrdə dəhşətli tıxaclar yaranıb və hərəkət donub.



Ostankino telemərkəzi və bir sıra ticarət mərkəzləri də ciddi ziyan görüblər.



Transformator budkasına şimşək düşməsi nəticəsində partlayış baş verib və şəhərin rayonlarından biri qismən işıqsız qalıb.




Teqlər: Moskva   yağış  



Xəbər lenti