Ermənistanda virusa günlük yoluxma artıb

Ermənistanda virusa günlük yoluxma artıb
  29 İyun 2021    Oxunub:687
Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 116 yoluxma qeydə alınıb.
Azvision.az ın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 224 967 nəfərə çatıb.

Son 24 saat ərzində ölkədə koronavirusdan 4 ölüm halı qeydə alınıb, bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4514 nəfərə yüksəlib. Koronavirusa yoluxub başqa xəstəliklərdən ölənlərin sayı 1099 nəfərdir.

Hazırda ölkədə 2636 aktiv xəstə var.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: COVID-19   Ermənistan  





Xəbər lenti