Tarixi əsərlər 9 il sonra tapıldı

   Tarixi əsərlər 9 il sonra tapıldı
  29 İyun 2021    Oxunub:2367
Yunan polisi Pablo Pikasso və Piet Mondrianın 2012-ci ildə Milli Qalereyadan oğurlanan rəsmlərini tapıb.
Azvision.az bu barədə "Proto tema" nəşrinin məlumat yaydığını xəbər verir. Qeyd edilir ki, oğurluqda şübhəli bilinən şəxs tutulub. Onun 49 yaşlı yunan olduğu və əsərləri qara bazarda satmaq üçün xaricə aparmaq istədiyi bildirilir.

Xatırladaq ki, Pikassonun "Qadının Başı" və Mondrianın "Yel dəyirmanı" tabloları qalereya əsaslı təmirə bağlanmamışdan bir gün əvvəl, 2012-ci ilin yanvarında oğurlanmışdı və hadisəyə "əsrin oğurluğu" deyilirdi.

Tural Tağıyev

Azvision.az



Teqlər: Pikasso   Oğurluq  





Xəbər lenti