Rusiyada COVID-19-dan ölüm sayı ən yüksək həddə çatdı

Rusiyada COVID-19-dan ölüm sayı ən yüksək həddə çatdı
  29 İyun 2021    Oxunub:1269
Rusiyada son sutka ərzində koronavirusa 20 616 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 5 493 557 nəfərə çatıb.

Rusiyada son bir gündə 652 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 134 545 nəfərdir. İndiyədək 4 984 037 nəfər sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada altıncı yerdədir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti