Etirazçılar İrəvan-Gümrü yolunu bağladılar

Etirazçılar İrəvan-Gümrü yolunu bağladılar
  29 İyun 2021    Oxunub:1270
Ermənistanın şimal-qərbindəki Şirak bölgəsində bir sıra kəndlərin sakinləri İrəvan-Gümrü avtomobil yolunu bağlayıblar.
Azvision.az erməni KİV-lərə istinadla xəbər verir ki, buna səbəb əkin sahələrinin suvarılması ilə bağlı problemdir.

Etirazçılar suvarma probleminin təcili həll olunmasını tələb edirlər. Onlar istilərin və yağışın az yağmasının əkinçiliyə əhəmiyyətli dərəcədə zərər verdiyini, bunun həm məhsulun keyfiyyətinə, həm də həcminə təsir göstərə biləcəyini deyirlər.

Bundan əvvəl Armavir bölgəsində də fermerlər eyni problemlə bağlı etiraz aksiyası keçiriblər.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Etiraz  





Xəbər lenti