Ağadadaş Ağayev xərçəngdən sağaldı

   Ağadadaş Ağayev xərçəngdən sağaldı
  29 İyun 2021    Oxunub:2295
Xərçəng xəstəliyindən əziyyət çəkən və Türkiyədə əməliyyat olunan Xalq artisti Ağadadaş Ağayevin səhhəti qaydasına düşüb.
Azvision.az xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov məlumat yayıb. Onun sözlərinə görə, Türkiyədə üç dəfə əməliyyat olunan ifaçı xəstəliyə qalib gəlib və bu gün Azərbaycana qayıdır.

"Axır ki, Ağayevlər ailəsi aylardan bəri ilk dəfə olaraq sevincdən ağladı. Çünki mənim qardaşım, dostum - Azərbaycan Respublikasının xalq artisti Ağadadaş Ağayev bu gün Vətənə qayıdır . Özü də sağlam, gümrah . Allahın köməkliyi ilə tibb elmi möcüzə yaratdı",- deyə Hacı Nuran Hüseynov bildirib.

Xatırladaq ki, Xalq artisti Ağadadaş Ağayev üç ay idi ki, müalicə olunmaq üçün Türkiyəyə getmişdi.

Şahanə Rəhimli

Azvision.az




Teqlər: AğadadaşAğayev  





Xəbər lenti