Güləşçimiz Avropa çempionu oldu

Güləşçimiz Avropa çempionu oldu
  29 İyun 2021    Oxunub:616
Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı start götürüb.
Azvision.az Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, güləşçimiz Turan Bayramov bütün rəqiblərini məğlub edərək qitə çempionu olub.

O, qitə birinciliyinə Almaniya güləşçisi üzərində inamlı qələbəylə start verib. Bayramov 1/4 finalda daha öncə bir neçə dəfə məğlub etdiyi Narek Harutyunyanla qarşılaşıb. Ənənəsinə sadiq qalaraq Ermənistan güləşçisinə növbəti dəfə qalib gələn Turan adını yarımfinala yazdırıb. Titullu güləşçimiz gürcü rəqibinə də tam üstünlüklə qalib gələrək finala vəsiqə qazanıb. Həlledici görüşdə Moldova idmançısına da heç bir şans tanımayan Bayramov yarış boyunca rəqiblərinə 1 xal verməyərək Avropa çempionu olub.

Azvision.az





Teqlər: Avropaçempionatı  





Xəbər lenti