Rusiyalı aktyor 33 yaşında qəfil öldü

Rusiyalı aktyor 33 yaşında qəfil öldü
  29 İyun 2021    Oxunub:1610
Rusiyalı sənətçi, aktyor Rostislav Qulbis 33 yaşında vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə onun agenti Yekaterina Qoltsman "360" telekanalına məlumat verib. Tanınmış aktyorun ölümünə səbəb qəfildən kəskin pankreatitlə bağlı vəziyyətinin gərginləşməsi olub.

"O, Kostromada çəkiliş meydançasında idi və pankreatiti ağırlaşdı. Tam olaraq əziyyət çəkmədi, ancaq kiçik qıcolmalar keçirdi", - deyə Qoltsman bildirib.

Aktyorla vida mərasimi şənbə günü olacaq. İlkin məlumata görə, sənətçi Vaqankovski qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, Qulbis, "Rublyovkadan olan polis" və Çernobıla aid məşhur serialda rola alıb, həmçinin "Koma" və digər filmlərdə çəkilib.

Tural Tağıyev
Azvision.az



Teqlər: Aktyor   Vəfat  





Xəbər lenti