ANAMA-dan çağırış: "Gizli düşmənlər can almaqda davam edir"

ANAMA-dan çağırış:    "Gizli düşmənlər can almaqda davam edir"
  29 İyun 2021    Oxunub:1276
"Müharibə bitsə də, yerin altına basdırılan gizli düşmənlər - minalar hələ də can almaqda davam edir". Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) maarifləndirmə işləri üzrə şöbə müdiri Ramil Əzizov Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkil etdiyi tədbirdə çıxış edərkən deyib.
Onun sözlərinə görə, bu gün beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti qurumları "2025-ci ildə minasız dünya" arzusu ilə vahid platforma ətrafında bir araya gəlib.

Ramil Əzizov Azərbaycanda mina təhlükəsinə dair tədbirləri həyata keçirən müvafiq qurumları, həmçinin minadan zərərçəkənlərin sosial-iqtisadi inteqrasiyası ilə məşğul olanları vahid platformada bir araya gəlməyə çağırıb.

Tədbir iştrakçıları humanitar minatəmizləmə mövzusu ətrafında müzakirələrdə iştrak ediblər. Mina qurbanlarının ehtiyaclarının qarşılanması, onların iş yerləri ilə təmin edilməsi, ölkədaxili və xaricdə müalicəsi, həmçinin mina partlayışı nəticəsində həlak olanların ailə üzvləri üçün nəzərdə tutulan müxtəlif reabilitasiya proqramları haqqında fikir mübadiləsi aparılıb.

Azvision.az



Teqlər: Mina  





Xəbər lenti