KXDR lideri koronavirusla bağlı ciddi insdentdən danışıb

KXDR lideri koronavirusla bağlı ciddi insdentdən danışıb
  30 İyun 2021    Oxunub:1051
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In Əmək Partiyasının Siyasi Bürosunun iclasında anti-epidemiya sahəsində ciddi bir insdentə görə yüksək səviyyəli məmurları tənqid edib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Kim Çen Ina görə, hadisə KXDR və əhalisinin təhlükəsizliyi ilə bağlı qlobal bir böhrana səbəb ola bilər. Nə baş verdiyi ilə əlaqədar ətraflı məlumat açıqlanmayıb.

KXDR lideri bunun işdən çıxarılan bir sıra yüksək vəzifəli şəxslərin səriştəsizliyi və məsuliyyətsizliyi ilə əlaqəli olduğunu söyləyib.

Şimali Koreya səlahiyyətliləri ölkələrin sərhədlərinin vaxtında bağlanması və sərt sanitariya tədbirlərinin görülməsi səbəbi ilə hələ də koronavirusa bir yoluxmanın belə qeydə alınmadığını bildiriblər.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: ŞimaliKoreya   Virus  





Xəbər lenti