Yaponiya Rusiyanın hərbi aktivliyindən narahatdır

Yaponiya Rusiyanın hərbi aktivliyindən narahatdır
  30 İyun 2021    Oxunub:1193
Yaponiyanın müdafiə naziri Nobuo Kisi Rusiya ordusunun Uzaq Şərqdəki fəaliyyətindən narahatlıq keçirdiklərini bəyan edib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Qeyd edilir ki, o Hokkaydo adasındakı Xiqasi-Titose Quru Özünümüdafiə Qüvvələri bazasını yoxlayarkən bu barədə söz açıb.

Nazir Rusiyanın ötən ilin dekabrında Kunaşir və İturup adalarında zenit-raket kompleksləri yerləşdirdiyini də xatırladıb.

Tural Tağıyev

Azvision.az



Teqlər: Yaponiya  





Xəbər lenti