Əfqanıstanda 1000 ABŞ əsgəri qalacaq

  30 İyun 2021    Oxunub :294
Əfqanıstanda 1000 ABŞ əsgəri qalacaq
Pentaqon Əfqanıstanda minə yaxın ABŞ əsgəri saxlaya bilər.
Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, hərbi kontingent Əfqanıstandan çıxarılandan sonra ABŞ bu ölkədəki səfirliyini və Kabildəki hava limanını qorumaq vəzifəsini həmin hərbçilərə həvalə edəcək.

“ABŞ Əfqanıstandan qoşunların çəkilməsini bir neçə gün ərzində başa çatdıra bilər. Eyni zamanda, NATO koalisiya qüvvələrindən Əfqanıstanda neçə hərbi personal saxlayacağı da hələlik dəqiq deyil”,- deyə məqalədə yazılıb.

Xatırladaq ki, "Associated Press" agentliyi bir neçə gün əvvəl Vaşinqtonun Əfqanıstanda diplomatik korpusunun nümayəndələrinin təhlükəsizliyini təmin etmək üçün təxminən 650 əsgər saxlamağı planlaşdırdığını yazmışdı. Həmçinin Türkiyə hərbçiləri Kabildə hava limanını qorumaq funksiyasını üzərinə götürınə qədər burada təxminən yüz ABŞ əsgərinin qalacağı da bildirilirdi.

Tural Tağıyev
Azvision.az

Teqlər: ABŞ   Əfqanıstan  






Xəbər lenti