Rusiyada virusdan ölənlərin sayı 135 mini ötüb

Rusiyada virusdan ölənlərin sayı 135 mini ötüb
  30 İyun 2021    Oxunub:722
Rusiyada son sutka ərzində koronavirusa 21 042 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 5 514 599 nəfərə çatıb.

Rusiyada son bir gündə 669 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 135 214 nəfərdir. İndiyədək 5 000 393 nəfər sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada altıncı yerdədir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   Virus  





Xəbər lenti