Putin hansı vaksinlə peyvənd olunduğunu açıqladı

 Putin hansı vaksinlə peyvənd olunduğunu açıqladı
  30 İyun 2021    Oxunub:1010
Rusiya Prezidenti Vladimir Putin koronavirusa qarşı hansı vaksinlə peyvənd olunduğunu açıqlayıb.
Azvision.az xəbər verir ki, bu barədə Putin canlı yayında sualları cavablandırarkən bildirib.

Onun sözlərinə görə, peyvənd üçün “Sputnik V”i seçib. Rusiya lideri bildirib ki, peyvənd olunan zaman mülki dövriyyədə iki vaksin olub - "EpiVacCorona" və "Sputnik V".

“İkisi də yaxşıdır, istənilən biri ilə peyvənd oluna bilərdim. Həkimlərlə məsləhətləşmədim, tanışlarımdan hansının nə etdiyinə baxdım. Mənə elə gəldi ki, “EpiVacCorona” zamanla daha az təsir göstərir, lakin onun özünəməxsus üstünlükləri var, sintetik və qabaqcıldır. “Sputnik V “ilə peyvənd olunacağıma qərar verdim”, - Rusiya lideri əlavə edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: VladimirPutin   SputnikV  





Xəbər lenti