Əqrəb İrəvanda avtoqəzaya səbəb oldu

Əqrəb İrəvanda avtoqəzaya səbəb oldu
  30 İyun 2021    Oxunub:1826
Ermənistanda qeyri-adi qəza hadisəsi baş verib.
Azvision.az xəbər verir ki, İrəvan sakini David Saruxanyan avtomobil idarə edərkən əqrəb hücumu ilə üzləşdiyi üçün ağır avtoqəza törədib. Məlumata görə, hadisə çərşənbə günü paytaxtın İsakov prospektində baş verib.

"Sürücünün deməsinə görə, avtomobil idarə edərkən salonda olan bir böcək onu dişləyib. Bundan sonra idarəetməni itirən Saruxanyan avtomobili elektrik dirəyinə çırpıb. Qəza nəticəsində bədən xəsarətləri alan iki nəfər "Ermənistan" tibb mərkəzinə aparılıb. Sonradan məlum olub ki, sürücünü əqrəb dişləyib", - deyə erməni kriminal saytı yazıb.

Tural Tağıyev


Azvision.az



Teqlər: Əqrəb   İrəvan  





Xəbər lenti