İran Xəzərdə hərbi təlimlər keçirir

   İran Xəzərdə hərbi təlimlər keçirir
  30 İyun 2021    Oxunub:805
İran Hərbi Dəniz Qüvvələri (HDQ) bu gün səhər saatlarında Xəzər dənizində təlimlərə başlayıb.
Azvision.az xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb. Təlimlərə müxtəlif növ hərbi gəmilər, çoxsaylı raket sistemləri, təyyarələr, helikopterlər və PUA-lar cəlb olunub. Təlim zamanı İran silahlı qüvvələrinin dəniz xüsusi təyinatlıları müəyyən şərti əməliyyatlar yerinə yetirəcəklər.

Məqalədə qeyd edilir ki, hərbçilər təlimdə ölkənin ərazi sularının qorunması və nəqliyyat xətlərinin dəstəklənməsinə dair hücum və müdafiə "ssenarilərini" reallaşdıracaqlar.

Hərbi manevrlərin əsas məqsədinin Xəzər dənizi bölgəsində hərtərəfli təhlükəsizliyi gücləndirmək olduğu bildirilir.

Tural Tağıyev
Azvision.az



Teqlər: İran   Təlim  





Xəbər lenti