Ayvazyanın təyin etdiyi səfirlər ölkədən çıxa bilmir

Ayvazyanın təyin etdiyi səfirlər ölkədən çıxa bilmir
  30 İyun 2021    Oxunub:840
Ermənistanın Xarici İşlər Nazirliyində qalmaqal yaşanır.
Azvision.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Qeyd edilib ki, səfir vəzifəsinə təyinat alan 10-a yaxın diplomat ölkədən çıxa bilmir. Onlar 1 iyul tarixinə qədər təyinat yerində olmalı idilər. Qəzetin yazdığına görə, buna səbəb həmin şəxslərin sabiq xarici işlər naziri Ara Ayvazyan tərəfindən yeni vəzifələrə təyin olunmalarıdır.

Ayvazyan bu ilin may ayında vəzifəsindən istefa verib.

Xatırladaq ki, seçki kampaniyası zamanı Lori bölgəsində olan Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan qələbə çalacağı təqdirdə ciddi kadr islahatları aparmaq niyyətində olduğunu söyləyib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   XİN   Qalmaqal  





Xəbər lenti