İsrailin Dubayda Baş konsulluğu açılıb

İsrailin Dubayda Baş konsulluğu açılıb
  30 İyun 2021    Oxunub:919
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində İsrailin Baş konsulluğu açılıb.
Azvision.az xəbər verir ki, konsulluğun açılışında İsrailin xarici işlər naziri Yair Lapid iştirak edib.

"Dünən paytaxt Əbu-Dabidə İsrail səfirliyinin açılışında iştirak etdik, bu gün isə Dubayda bir konsulluq açırıq. Bu, yalnız konsulluq deyil, həm də əməkdaşlıq mərkəzidir”, - Lapid deyib.

Xatırladaq ki, 2020-ci ilin sentyabrında İsrail ABŞ-ın vasitəçiliyi ilə Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynlə münasibətlərin normallaşması barədə sənədlər imzalamışdı. Bunadək Təl-Əvivin ərəb ölkələri arasında yalnız Misir və İordaniya ilə münasibətləri mövcud idi.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: İsrail   Dubay   BaşKonsulluq  





Xəbər lenti