![](https://azvision.az/photos/2021/06/20890-1625071968.jpg)
Adı çəkilən ifaçılar 4MOOD qrupu kimi Sivva ilə həm də klipdə tərəf müqabili olublar. “Keçmiş sevgilim” üçün maraqlı məkanlar, o cümlədən gəmi və dənizkənarı milli park seçilib.
Əsas epizodlar "Suraxanı" gəmi-muzeyində lentə alınıb. Qeyd edək ki, bu gəmi dünyanın ilk tanker-muzeyidir. Ekran işində müğənni xanım bir neçə obrazda maraqlı və fərqli performans nümayiş etdirib. Rok üslubunda yazılan “Keçmiş sevgilim” mahnısı və çəkilən klip tamaşaçıların ixtiyarına 30 iyun “Milli Sevgililər Günü”ndə verilib.