Avropa İttifaqı Şurasına sədrlik Sloveniyaya keçir

Avropa İttifaqı Şurasına sədrlik Sloveniyaya keçir
  30 İyun 2021    Oxunub:716
İyulun 1-dən Sloveniya yarım il müddətinə Avropa İttifaqı Şurasına sədrlik edəcək.
Azvision.az xəbər verir ki, Sloveniya Aİ-yə üzv olduqdan sonra sədrliyi ikinci dəfə həyata keçirəcək.

Ölkənin xarici işlər naziri Anje Loqar sədrlik dövrü üçün əsas prioritetləri açıqlayıb. Onun sözlərinə görə, qarşıdakı yarım il Aİ-nin yaşıl və rəqəmsal islahatlar istiqamətində mühüm paketlər qəbul etdiyi dövrə təsadüf edir. Sədrlik dövrü üzv 27 ölkə və Aİ institutları arasında inteqrasiya və əlaqələrin möhkəmləndirilməsinə, innovativ və kreativ birlik istiqamətində inkişaf üçün səylərin gücləndirilməsinə xidmət edəcəkdir.

Sloveniya Aİ-nin inkişafı ilə yanaşı onun strateji müstəqilliyinə də xüsusi diqqət ayıracaq. Eyni zamanda pandemiya dövründə əldə edilmiş təcrübə və məlumatlar bütün iqtisadi sahələrin və cəmiyyətin müxtəlif təbəqələrinin inkişafı üçün səmərəli şəkildə istifadə edilməlidir.

Qeyd edək ki, Sloveniya sədrliyi Portuqaliyadan təhvil alacaq.

Azvision.az



Teqlər: Avropaİttifaqı   Sloveniya  





Xəbər lenti