Fransa əcnəbilər üçün korona testlərini pullu edir

Fransa əcnəbilər üçün korona testlərini pullu edir
  30 İyun 2021    Oxunub:1061
Fransada əcnəbilər üçün koronavirus testi pullu olacaq.
Azvision.az xəbər verir ki, bu barədə Fransa hökumətinin sözçüsü Qabriel Attal bildirib. O, "Les Echos"a verdiyi açıqlamada iyulun 7-dən etibarən xarici turistlər üçün testlərin ödənişli olacağını söyləyib:

"Xaricilər üçün pullu testlər aparmaq qərarına gəldik. PCR testi üçün 49 avroya qədər və antigen testi üçün isə 29 avro ödəniləcək".

Onun sözlərinə görə fransızların da səyahət etdiyi əksər ölkələrdə onlar bu cür testlərə görə pul ödəyirlər.

Qeyd edək ki, hazırda Fransada koronavirusun aşkarlanması üçün aparılan bütün testlər - həm PCR, həm də sürətli antigen testləri pulsuzdur.

Tural Tağıyev

Azvision.az



Teqlər: Test   Fransa   Koronavirus  





Xəbər lenti