Nazarbayev ölümdən qurtulmasından danışdı

Nazarbayev ölümdən qurtulmasından danışdı
  30 İyun 2021    Oxunub:1035
Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev Rusiya prezidenti Vladimir Putinə rus həkimlərinin sayəsində koronavirusdan sağaldığını deyib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

"Heç vaxt unutmayacağam ki, xəstələndiyim zaman bir qrup rus həkim on gün yanımda oldu. Bu mənim bərpam üçün həlledici idi", - deyə Nazarbayev bildirib.

Xatırladaq ki, Nursultan Nazarbayevə ötən ilin iyunun 18-də koronavirus diaqnozu qoyulmuşdu. Təxminən 14 gün müalicə olunan Nazarbayev bu ilin iyun ayında "Sputnik V" peyvəndi ilə vaksinasiyadan keçdi.

Tural Tağıyev

Azvision.az



Teqlər: Nazarbayev   Həkim   Vaksin  





Xəbər lenti