Donald Ramsfeld öldü

Donald Ramsfeld öldü
  01 İyul 2021    Oxunub:760
ABŞ-ın keçmiş müdafiə naziri Donald Ramsfeld 89 yaşında dünyasını dəyişib. Bu haqda onun ailəsi Tvitter səhifəsində məlumat yayıb.
Azvision.az xatırladır ki, Ramsfeld ilk dəfə 1975-ci ildə müdafiə naziri təyin edilib və Pentaqonun ən gənc rəhbəri olub. 2001-ci ildə kiçik Buşun vaxtında yenidən 74 yaşında həmin vəzifəni tutub və bu dəfə eyni postda ən yaşlı şəxs olub.

ABŞ-ın İraqa qarşı hərbi əməliyyatlarına o rəhbərlik edib. Əsirlərə işgəncələrin verildiyi gizli həbsxanaların yaradılmasında da Ramsfeldin adı hallandırılırdı.

ABŞ-ın 2001-ci ildə qəbul edilən və “Ramsfeld doktrinası” adlanan doktrinasında deyilirdi ki, Amerika müttəfiqlərinə ümid olmadan, potensial rəqiblərindən bir neçə dəfə artıq hərbi gücə malik olmalıdır.

Samir
Azvision.az


Teqlər: Ramsfeld  





Xəbər lenti