Əfqanıstanda törədilən partlayışda 8 polis və hərbçi öldü

Əfqanıstanda törədilən partlayışda 8 polis və hərbçi öldü
  01 İyul 2021    Oxunub:885
Əfqanıstanın qərbindəki Herat əyalətində baş verən partlayış nəticəsində səkkiz polis və bir əsgər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə təhlükəsizlik qüvvələrindəki mənbə “RİA Novosti”yə bildirib.

Məlumata görə, partlayış polis idarəsinin ərazisində baş verib. Partlayıcı qurğu avtomobilə yerləşdirilib.

Əfqanıstanda kənd yerlərində əhəmiyyətli əraziləri ələ keçirən və böyük şəhərlərə qarşı hücuma başlayan "Taliban" qruplaşması ilə hökumət qüvvələri arasında qarşıdurma davam edir. Ölkənin milli müdafiə və təhlükəsizlik qüvvələri ortaq antiterror əməliyyatları həyata keçirir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan   Partlayış  





Xəbər lenti