Moskvada koronavirusa qarşı revaksinasiya başlayır

Moskvada koronavirusa qarşı revaksinasiya başlayır
  01 İyul 2021    Oxunub:1099
Bu gündən Moskvada koronavirus infeksiyasına qarşı revaksinasiya başlayır.
Azvision.az xəbər verir ki, bu barədə paytaxt meri Sergey Sobyanin məlumat verib.

Onun sözlərinə görə, təkrar peyvəndlənmə zamanı Rusiyada qeydiyyatdan keçmiş istənilən vaksindən birini seçmək mümkündür. Burada birinci dəfə hansı vaksinlə peyvənd olunma əhəmiyyət kəsb etmir.

Bundan əvvəl Rusiya Səhiyyə Nazirliyi ölkənin bölgələrində təkrar peyvəndlənmənin, həmçinin xəstəliyi keçirənlərin vaksinasiyasına başladığını elan edib.

Xatırladaq ki, son günlər Rusiyada, xüsusilə paytaxt Moskvada epidemoloji vəziyyət yenidən pisləşməyə başlayıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Moskva   Revaksinasiya  



Xəbər lenti