Qırmızı Bazar istiqamətində yanğın başlayıb - VİDEO

Qırmızı Bazar istiqamətində yanğın başlayıb -  VİDEO
  01 İyul 2021    Oxunub:1076
Fövqəladə Hallar Nazirliyi (FHN) Füzuli rayonunda baş verən yanğınla bağlı daha bir məlumat yayıb.
FHN-dən Azvision.az -a bildiirb ki, 30 iyun 2021-ci il tarixində nazirliyin "112" qaynar telefon xəttinə rayonun Qacar kəndində (Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində) düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumat əsasında əraziyə dərhal FHN-in Aviasiya dəstəsinin bir ədəd helikopteri cəlb olunmaqla yanğınla mübarizə tədbirlərinə başlanılıb. Hazırda yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülür.

Əlavə məlumat veriləcək.



Azvision.az


Teqlər: FHN  





Xəbər lenti