Zöhrabyanın ümidsizliyi, yaxud, Ermənistan dilemma qarşısında

 Zöhrabyanın ümidsizliyi,  yaxud, Ermənistan dilemma qarşısında
  01 İyul 2021    Oxunub:1806
Azəbaycana qarşı xüsusi qərəzli mövqeyi ilə tanınan AŞPA-dakı erməni nümayəndə heyətinin üzvü Naira Zöhrabyan Azərbaycandakı erməni diversantları barədə danışaraq, onların qaytarılmasının yalnız İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanımasından sonra mümkün olacağını bildirib.
Xatırladırıq ki, bu məsələni son aylar bütün beynəlxalq təşkilatların müzakirə gündəliyinə salmağa çalışan ermənilər istədikləri dəstəyi heç bir ölkə və ya qurumdan ala bilməyiblər. Birinci Qarabağ müharibəsi zamanı etdikləri vəhşilikləri, törətdikləri hərbi cinayətləri hesaba qatmayan ermənilər İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycana əsir düşmüş diversantların məsələsini beynəlxalq təşkilatlar qarşısında hər dəfə qaldıranda, Azərbaycanın təqdim etdiyi faktlarla üzləşirlər. Onlardan minlərlə dinc sakinin vəhşicəsinə öldürülməsi, minlərlə azərbaycanlı əsirin naməlum taleyi haqda soruşulur.

Naira Zöhrabyanın sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla 4 dəqiqəlik görüşündən sonra anlayıb ki, Azərbaycanla artıq güc dilində danışmaq, onu kiminləsə qorxutmaq mümkün deyil.
- Onlar bizə etibar etmirlər. Mənə Ağdamdakı minaların xəritəsinin həqiqəti 50 faiz əks etdirdiyini dedilər və açıq şəkildə bildirdilər ki, əgər Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkib, bu ölkənin ərazi bütövlüyünü tanımasa, diversantların azad olunması məsələsini birdəfəlik unutmalıyıq, - ümidini itirən erməni faşisti Naira Zöhrabyan bildirib.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra darmadağın edilmiş düşmən son 30 ildəki aqressiv ritorikasını artıq həmişəlik itirib və revanşizmin onları birdəfəlik məhv edəcəyini getdikcə daha gözəl anlayır. Regionda Azərbaycanın yaratdığı yeni reallıqla bütün dünya barışıb və "qalibləri heç kim mühakimə etmir" tezisi artıq yalnız bizə şamil olunur. Ermənistanın regionda mövcudluğu isə yalnız Azərbaycanın ərazi bütövlüyünü və özünün gücsüzlüyünü tanımasından asılıdır. Zaman bir daha göstərdi ki, heç bir ölkə və xalq ermənilərin sərsəm xülyasını həyata keçirməsi üçün onlara dəstək olmayacaq və heç kim onlara görə müharibə etmək niyyətində deyil.

Şahin Ömər
Azvision.az



Teqlər: Diversant   Ermənistan  





Xəbər lenti