Ermənistanda məmuru bıçaqladılar

Ermənistanda məmuru bıçaqladılar
  01 İyul 2021    Oxunub:655
Ermənistan Xüsusi İstintaq Xidmətinin keçmiş rəhbəri Vahram Şahinyanın oğlu bıçaqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, iyunun 30-da İrəvanda düşən dava zamanı bir nəfər ağır xəsarətlər alıb.

"Bel nahiyəsindən bıçaq xəsarəti alan vətəndaşı Birinci Universitet Xəstəxanasına çatdırıblar. Hüquq-mühafizə orqanları əməkdaşları yaralının 31 yaşlı İrəvan sakini Narek Şahinyan olduğunu müəyyən ediblər", - deyə saytlar yazıb.

Məqalədə bildirilir ki, Narek Şahinyan Ermənistan İstintaq Komitəsinin Yerevan İstintaq İdarəsində işləyir. Atası isə Xüsusi İstintaq Xidmətinin keçmiş rəhbəri Vahram Şahinyandır.

Tural Tağıyev
Azvision.az



Teqlər: Ermənistan   Bıçaq  





Xəbər lenti