Qarabağda daha 2 erməni hərbçinin cəsədi tapıldı

   Qarabağda daha 2 erməni hərbçinin cəsədi tapıldı
  01 İyul 2021    Oxunub:770
İkinci Qarabağ müharibəsi zamanı ölmüş daha iki erməni hərbçinin meyitinin qalıqları tapılıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, cəsədlər Hadrut, Cəbrayıl, Füzuli rayonları ərazisində aşkar edilib. Onların şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibb ekspertizası təyin ediləcək.

Xatırladaq ki, ikinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində - 13 noyabrdan bəri 1 590 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılıb.

Azvision.az


Teqlər: Erməni  





Xəbər lenti