Vilyam və Harri qardaşları Şahzadə Diananın abidəsini açıblar

Vilyam və Harri qardaşları Şahzadə Diananın abidəsini açıblar
  01 İyul 2021    Oxunub:1088
Bu gün İngiltərənin paytaxtı Londonda yerləşən Kensinqton Sarayında şahzadə Diananın abidəsinin açılışı olub.
Azvision.az xəbər verir ki, 60 yaşı tamam olan şahzadənin heykəlinin açılışını oğulları - Kembric hersoqu Vilyam və Sasseks hersoqu Harri edib.

Kensinqton Sarayının Sunken bağında ucaldılan abidənin açılışında məhdud sayda şəxs iştirak edib. Abidənin yerləşdiyi Sunken bağı şahzadənin ən sevimli yerlərindən biri olduğu üçün yenidən dizayn edilib və burada 4000-dən çox yeni çiçək əkilib.

Abidə iyulun 2-dən etibarən ictimaiyyətə açıq olacaq.

Qeyd edək ki, bir neçə gün öncə şahzadə Çarlz keçmiş həyat yoldaşı Diananın abidəsinin açılışında iştirak etməkdən imtina etmişdi. Buna səbəb Uels şahzadəsinin tədbirə qatılaraq "köhnə yaraları yenidən açmaq" istəməməsi olub.

Xatırladaq ki, şahzadə Diana, 31 Avqust 1997-ci ildə Parisdə faciəvi şəkildə həlak olub. Onun milyarder Dodi Al-Fayed ilə birlikdə getdiyi "Mercedes" tunel divarına çırpılaraq qəzaya uğrayıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: Diana   Abidə  





Xəbər lenti