500-ə yaxın kanadalı anomal istilərdən ölüb

   500-ə yaxın kanadalı anomal istilərdən ölüb
  01 İyul 2021    Oxunub:679
Kanadanın əyaləti olan Britaniya Kolumbiyasında qeyri-adi isti hava səbəbindən 486 nəfərin həyatını itirib.
Azvision.az xəbər verir ki, bu barədə bölgə rəsmisi Liza Lapoynt məlumat verib. O bildirib ki, ərazilərdə istilərin yaratdığı fəsadlarla bağlı əldə edilən məlumatlar yenilənir və bu rəqəm arta da bilər. Kanadada havanın temperaturu 49 dərəcəyə çatıb.

Qeyd edək ki, Kanada ilə sərhəd ölkə olan ABŞ-da da anomal istilər tüğyan edir. İyunun 25-dən bəri davam edən anomal istilər Vaşinqton və Oreqon ştatlarında 76 nəfərin ölümünə səbəb olub.

"The Wall Street Journal” nəşri xəbər verir ki, istidən ölənlərin ümumi sayını hələlik dəqiq hesablamaq mümkün olmasa da, xəstəxanalara yerləşdirilənlərin sayı yüzlərlədir. Təkcə Oreqon ştatında anomal istilərin təsirindən 63 nəfər həyatını itirib. Müqayisə üçün deyək ki, 2017-2019-cu illər arasında ştatda bu səbəbdən cəmi 12 ölüm faktı qeydə alınmışdı.

Tural Tağıyev

Azvision.az



Teqlər: Kanada   İsti  





Xəbər lenti