Tramp ABŞ prezidentlərinin reytinq siyahısında sonuncu oldu

Tramp ABŞ prezidentlərinin reytinq siyahısında sonuncu oldu
  01 İyul 2021    Oxunub:974
ABŞ-ın eks-prezidenti Donald Tramp ölkənin keçmiş liderlərinin reytinq sıralamasında sonuncu yeri tutub.
Azvision.az xəbər verir ki, bu barədə "C-SPAN" məlumat yayıb. 45-ci Amerika prezidenti olan Tramp siyahıda 41-ci yerdə qərarlaşıb.

Prezidentlərin reytinqini tərtib edən tarixçilər 10 meyarı rəhbər tutublar. Bura mənəvi nüfuz, böhran liderliyi, iqtisadi idarəetmə, inzibati bacarıq, gündəmə baxış və s. məsələlər daxil edilib. Ölkə prezidentlərinin hər biri 10 ballıq sistemlə qiymətləndirilib ki, burada da maksimum min bal toplamaq mümkün imiş. Donald Tramp 668 xal alıb.

Ən yaxşı prezident sıralamasının ilk beşliyində Avraam Linkoln (16-cı prezident, 1861-1865), Corc Vaşinqton (ilk prezident, 1789-1797), Franklin Ruzvelt (32-ci prezident, 1933-1945), Teodor Ruzvelt (26-cı prezident, 1901-1909) və Duayt Eyzenhauer (34. Prezident, 1953-1961) yer alıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: ABŞ   Prezident   Reytinq   Tramp  



Xəbər lenti