“X” kəpənəyə məğlub olur |
“Instagram”ın rəhbəri vurğulayıb ki, smartfonlar üçün tam ekran formatlı əyləncəli videolara xüsusi önəm verəcəklər. Başqa sözlə, platforma getdikcə populyarlaşan və onun bazarını əlindən alan “Tik-Tok”a müharibə elan edir. Qeyd edək ki, məhz “Tik-Tok”un yüksəlişi “Instagram”ın bazarını daraldaraq, onu xeyli dərəcədə sıxışdırmışdı.
Maraqlıdır ki, Mosseri “Youtube”-u da həmçinin, rəqib gördüklərini açıqlayıb.
Bir qədər əvvəl “Instagram” 15 saniyəlik videoları redaktə etməyə, effektlər artırmağa və paylaşmağa imkan yaradan “Reels” servisini istifadəyə vermişdi. Amma bu, “Tik-Tok”la rəqabət aparmaq üçün yetərli olmayıb. Ona görə də, platforma mümkün olduğu qədər “Tik-Tok”laşmaq qərarına gəlib.
Bundan əlavə, “Instagram” onlayn-ticarət üçün imkanları və birbaşa mesajlaşmanı inkişaf etdirəcək. İstifadəçilərin əksəriyyəti platformada reklamın həddindən çox olmasından narazıdırlar. Amma Mosseri bununla bağlı heç nə deməyib.
Maraqlıdır: Bu addımlar, yəni “Tik-Toklaşma” iki il öncəyə qədər son dərəcə populyar olan fotopaylaşım şəbəkəsini xilas edə biləcəkmi? Şanslar elə də çox deyil. Təcrübə göstərir ki, sosial şəbəkə bazarında büdrəyənlər adətən, bir də əvvəlki kimi bərk gedə bilmirlər. Dövrü keçən sosial şəbəkələrin heç biri yenidən əvvəlki mövqelərinə qayıtmağa müyəssər ola bilməyib. “Instagram”ın taleyi isə onun “Tik-Tok”la son döyüşünün nəticəsindən asılı olacaq.
Samir Quliyev
Azvision.az