10 yaşlı uşaq "qocalıq"dan öldü

10 yaşlı uşaq "qocalıq"dan öldü
  02 İyul 2021    Oxunub:2741
Ukraynanın Vinnitsa vilayətindən olan on yaşlı qız İra Ximiç "qocalıqdan" ölüb.
Azvision.az xəbər verir ki, uşağın ölümü barədə məlumatı onun anası "Facebook" səhifəsində yayıb.

Qeyd edək ki, ukraynalı uşaq "Hutchinson-Guildford" sindromu olaraq tanınan nadir bir genetik və sağalmaz xəstəlikdən-progeriyadan əziyyət çəkirdi. Bu xəstəlik dəri və daxili orqanlarda ciddi dəyişikliklərə səbəb olur. Belə ki, insanda bədənin erkən yaşlanmasından qaynaqlanan ciddi dəyişikliklər baş verir. Körpə bir neçə ay normal inkişaf etsə də, sonradan onun orqanizminin qocalması əhəmiyyətli dərəcədə sürətlənir.

Tural Tağıyev
Azvision.az



Teqlər: Xəstəlik   Qocalıq  





Xəbər lenti