Hadisə Nikita Xruşovun oğlu, hərbi təyyarəçi Leonid Xruşovun 1942-ci ildə sərxoş halda “Vilhelm Tell” oyunu oynayarkən (baş üzərinə qoyulan predmetə atəş açılması) başqa bir zabiti güllələməsindən sonra baş verib. Oyun zamanı o, tapança əvəzinə arbaletdən istifadə edibmiş.
|
| Admiralın ölümünün hələ də açılmayan sirri │ TARİXİ DETEKTİV |
“O zaman bu əməlin cəzası güllələnmə idi. Xruşov Stalinin yanına gələrək onun qarşısında dizi üstə sürünüb. Həm də bu, ikinci hadisə imiş və birincini ona bağışlayıblarmış”, - Andrey Malenkov deyir.
O bildirir ki, Kommunist Partiyasının 20-ci qurultayında Xruşov, Stalini öz “şəxsiyyətinə pərəstiş” mühiti yaratmaqda ifşa etməklə əslində oğlunun qisasını alıb.
Rəsmi versiyaya görə, Xruşovun oğlu 1943-cü ildə döyüşdə həlak olub, qeyri-rəsmi söhbətlərə görə isə, almanların tərəfinə keçərək, onlarla əməkdaşlıq edib. Sonra SMERŞ qrupu tərəfindən tutularaq Moskvaya gətirilib və edam olunub.
Georgi Malenkov SSRİ Nazirlər Sovetinə 1953-1955-ci illərdə başçılıq edib və İosif Stalinin ən real “varislərindən” sayılıb. Ancaq hakimiyyət uğrunda mübarizədə Xruşova uduzaraq, Kaqanoviç, Molotov və Şepilovla birlikdə anti-partiya fəaliyyətində ittiham olunaraq, partiyadan qovulub və bütün vəzifələri əlindən alınıb.
Nadir Quliyev
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


