Meşə yanğınları şəhəri məhv etdi

Meşə yanğınları şəhəri məhv etdi
  02 İyul 2021    Oxunub:1086
Kanadada anomal istilər fəsadlar törətməkdə davam edir.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Britaniya Kolumbiyası əyalətində baş verən yanğınlar bütöv bir şəhəri məhv edib. Meşə yanğınları 50 dərəcəyə qədər qalxan temperatur səbəbindən yaranıb.

Leyton şəhərinə keçən yanğınlar burada bütün evləri məhv edib. Təxminən min nəfər sakin surətlə yayılan yanğınlar başlayan kimi dərhal təxliyə edilib.

Qeyd edək ki, dünən Kanadanın Britaniya Kolumbiyası əyalətində qeyri-adi isti hava səbəbindən 486 nəfərin həyatını itirdiyi bildirilirdi.

Tural Tağıyev
Azvision.az



Teqlər: Yanğın   Meşə  



Xəbər lenti