Litva hərbçiləri ABŞ əsgərlərinin yeməyini oğurlayıblar

Litva hərbçiləri ABŞ əsgərlərinin yeməyini oğurlayıblar
  02 İyul 2021    Oxunub:1092
Litvada ordu ilə bağlı arzuolunmaz hadisə baş verib.
Azvision.az xəbər verir ki, yeddi litvalı hərbçi oğurluqda günahlandırılıblar. Maraqlıdır ki, litvalı hərbçilər ABŞ əsgərlərinin "quru yemək payları"nı oğurlayıblar.

"Sputnik Litva" prokurorluğun mətbuat xidmətinə istinadla xəbər yayıb ki, istintaqa görə, Şvençenski bölgəsindəki poliqonda çalışan iki hərbçi və bölük komandiri də daxil olmaqla daha 4 nəfər oğurluq, sui-istifadə və rüşvət ittihamı ilə dindirilirlər.

"Məhkəməyə qədərki istintaqa görə, keçən ilin yazında poliqonda ABŞ quru qoşunları taboru əsgərlərinin ərzağı (Ən azı 1176 qutu - red.) "quru yemək payları" oğurlanıb. Təxmini hesablamalara görə, maddi ziyan 121 min avrodan çoxdur",- məqalədə yazılıb.

Prokurorluq hərbçilərin və ehtimal olunan ortaqlarının ərzaqları xidməti maşınlarla ərazidən çıxarmaları və qazanc əldə etmək üçün satmalarından şübhələnir. O da ehtimal olunur ki, təlim poliqonunda xidmət aparan bölük komandiri tabeçiliyində olan əsgərlərin əməllərinə müəyyən şərait yaradıb. Hərbçilərin cinayəti sübut olunarsa, onları 8 ilə qədər həbs cəzası gözləyir.

Tural Tağıyev
Azvision.az



Teqlər: Litva   Hərbçi   Oğurluq  





Xəbər lenti