Alen Delonun Putin və Baydendən xoşu gəlir

Alen Delonun Putin və Baydendən xoşu gəlir
  02 İyul 2021    Oxunub:1540
Fransız aktyoru Alen Delon Vladimir Putinin Rusiya Prezidenti postundakı fəaliyyətini uğurlu hesab edir.
Azvision.az xəbər verir ki, bu barədə o, fransızdilli beynəlxalq kanal TV5-ə cümə axşamı günü verdiyi müsahibəsində söyləyib.

"Vladimir Putinlə görüşmək mənə qismət olub. O, çox qabiliyyətli bir insandır. Belə bir nəhəng ölkəni uzun illər idarə etmək asan məsələ deyil, amma o bunu bacarır", - Delon deyib. "Onun buna necə nail olduğunu deyə bilmərəm, ancaq başa düşürəm ki, çox mürəkkəb məsələdir", - məşhur aktyor əlavə edib.

Alen Delon onu da söyləyib ki, bu sözlərinin bədxahlarının tənqidinə tuş gələcəyindən qorxmur.

Delon ABŞ prezidenti Co Baydenə də münasibət bildirərkən qeyd edib ki, "Amerikada yaşasaydı, seçkilərdə məhz ona səs verərdi". "Mən onu sələfi Tramp ilə müqayisə etməzdim, bəzi amerikalılar məndən inciməsinlər, ancaq bu mümkün deyil. Mənim Baydendən, onun keçmişindən, bu gün gördüyü işlərdən xoşum gəlir".

Alen Delon yaşlı nəslin ən çox sevdiyi məşhur aktyorlardandır. O, 90-dan artıq filmə çəkilib və bütün dünyada şöhrət qazanıb. 2019-cu ildə 72-ci Kann kinofestivalında kinomatoqrafiyadakı parlaq karyerasına görə "Qızıl palma budağı" mükafatına layiq görülüb.

Nadir Quliyev
Azvision.az



Teqlər: Delon   Putin   Bayden  



Xəbər lenti