QHT-lərlə onlayn görüşlər keçirilir

  02 İyul 2021    Oxunub :618
QHT-lərlə onlayn görüşlər keçirilir
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri QHT-lərlə fəaliyyət sahələrinə uyğun silsilə onlayn görüşlərinin davam etdirirlər.
İyulun 2-si Agentliyin Müşahidə Şurasının üzvü Nurəddin Mehdiyev əlaqələndirici olduğu sosial və iqtisadi istiqamətlər üzrə sahəvi QHT-lərin rəhbərləri və fəalları ilə “Zoom” üzərindən görüşlər keçirib.

Görüşdələr çıxış edən Agentliyin İcraçı direktoru Fuad Dərgahlı qurumun məqsəd və vəzifələri, strategiyası, gələcək planları və QHT-lər ilə əməkdaşlıq perspektivləri haqqında iştirakçılara fikirlərini çatdırmış, sonra N.Mehdiyev qeyd edilən sahələrdə işləyən təşkilatların mövcud vəziyyətləri, ortaya çıxan problem, Agentlik ilə əməkdaşlıq haqqında fikirləri, gələcəkdə elan olunacaq qrant müsabiqələrinin mövzu istiqamətlərinin sistemləşdirilməsi üçün iştirakçıları müzakirələrə dəvət etdi.

Çıxış edənlər layhələrin maliyyələşdirilməsində təcrübəli təşkilatların vəsaitinin artırılması və layihə davamlığının təmin olunması, QHT-lərlə sahəvi görüşlərə müvafiq qurumlar yanında fəaliyyət göstərən İctimai Şuraların üzvlərinin dəvəti, Agentliyin beynəlxalq təşkilatlarla əməkdaşlıqda körpü rolu oynaması, xüsusi ilə rayonlarda layihə icrası öncəsi razılaşdırma məsələsinin sadələşdirilməsi, beynəlxalq təşkilatlarla yerli QHT-lərin təcrübə mübadiləsi proramlarının Agentlik tərəfindən təşkil edilməsi təkliflərini irəli sürdülər.



Eləcə də, QHT evlərinin yaradılması və bununla da, bir sıra təşkilatların ofis probleminin həll edilməsinə tövhə verilməsi, Ədliyyə Nazirliyi tərəfindən QHT-lərin reyestrdən çıxarışlarının verilməsi prosedurunun asanlaşdırılması, özəl sektorun QHT proqramlarının maliyyələşməsində iştirakının təmini, rəqəmsal bazarın və sahibkarlığın inkişafı istiqamətində layihələrin dəstəklənməsi və peşə yönümlü təhsilin təşviqinə QHT sektorunun qoşulması səsləndirilən təkliflər arasında idi.

Görüş iştirakçılarını maraqlandıran mövzular sırasında azad edilmiş ərazilərdəki quruculuq işlərinə QHT-lərin cəlb edilməsi, ağıllı şəhər və kəndlərin bərpasına cəlb olunan işçilər məsələsində inklyuzivliyin nəzərə alınması, həmin ərazilərdə sahibkarlığın təşviqi, regionlarda QHT-lərin vəziyyətinin öyrənilməsi və onların gücləndirilməsi, ictimai birliklərin ehtiyaclarının müəyyən edilməsi və bacarıqlarının artırılması məsələləri də var idi.

Müzakirələrdə qazilərə qayğının artırılması, əlliliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası mövzularında layihələrin maliyyələşməsi, QHT-lərin öz xidmətlərini özəl sektora təklif etməsi üçün Agentliyin imkanlarından istifadənin aktuallığı fikrləri xüsusi vurğulandı.

Yekun sözündə N.Mehdiyev bildirdi ki, bu cür görüşlərin təşkili davam olunacaq, QHT-lərin mövcud aktual məsələlərlə bağlı ekspert rəyləri dinləniləcəkdir.

Teqlər: QHT  






Xəbər lenti