Avropa İttifaqının Komissarı Azərbaycana gələcək

Avropa İttifaqının Komissarı Azərbaycana gələcək
  02 İyul 2021    Oxunub:912
Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi gələn həftə Azərbaycana səfər edəcək.
Azvision.az xəbər verir ki, bu barədə diplomat tvitterdə yazıb. Oliver Varhelyi iyulun 6-9-da Gürcüstan, Azərbaycan və Ermənistanda səfərdə olacağını bildirib. Onun region ölkələrində İqtisadi və İnvestisiya Planını təqdim edəcək və ikitərəfli münasibətlərin əhəmiyyətli məsələlərini müzakirə edəcəyi gözlənilir.

Xatırladaq ki, bu ilin dekabrında “Şərq Tərəfdaşlığı” sammiti keçiriləcək. Sammitinin keçirilməsinə hazırlıq kontekstində Aİ-nin Azərbaycan, Gürcüstan və Ermənistana dəstəyini ifadə etmək üçün Avstriya, Litva və Rumıniya xarici işlər nazirləri Aleksandr Şallenberq, Qabrielius Landsbergis və Boqdan Auresku iyunun 25-26-da Cənubi Qafqaza səfər ediblər.

Azvision.az



Teqlər:   Azərbaycan  



Xəbər lenti