Ermənistan ordusunda hərbi xidmət müddəti azaldılır

Ermənistan ordusunda hərbi xidmət müddəti azaldılır
  02 İyul 2021    Oxunub:1170
Ermənistanda məcburi hərbi xidmət müddəti 2 ildən 1,5 ilə endirilə bilər.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Birinci Kanalın efirində bildirib. O, orduda 6 aydır ki, islahat məqsədi ilə davam edən "intensiv işlərdən" də bəhs edib. Qriqoryanın sözlərinə görə, Təhlükəsizlik Şurası, Müdafiə Nazirliyi, Silahlı Qüvvələrin Baş Qərargahı və digər qurumlıar bu işlərdə birgə iştirak edirlər.

“Konsepsiya formalaşmasının son mərhələsinə gəldiyimizi deyə bilərik. Yaxın gələcəkdə onu təsdiq edəcəyimizə ümid edirik”.

Onun sözlərinə görə, islahatlar peşəkar orduya keçid üzərində qurulur və bu, bir az vaxt aparacaq. Aparıcının sözügedən müddət barədə sualına Təhlükəsizlik Şurasının katibi belə cavab verib:

“Bu yaxın gələcəyə aid bir sualdır. Hərbi xidmətin azaldılması və peşəkar ordunun sayının artırılması barədə də düşünürük".

Bu islahatlar, onun fikrincə, maliyyə baxımından və bir neçə istiqamətdə təsirli olacaq.

“Hər kəs anlayır və orduda da başa düşürlər ki, bu, çox vacib bir islahatdır. İslahatlar cədvəlinə və ümumi məntiqə əməl etməyi bacarsaq, ordunun səmərəliliyi mütləq yüksələcək. Orduda xidmət etmək istəyən vətəndaşlarımızın sayı çoxalacaq. Çünki 2 il ilə 1,5 il arasındakı fərq çox böyükdür. Şərti olaraq 25 faiz fərq var. Və bu çox böyükdür. Əminəm ki, daha çox vətəndaş orduda xidmət etmək istəyəcək".

Şahanə Rəhimli
Azvision.az





Teqlər: Ermənistan   ordu  





Xəbər lenti