Belarus Ukrayna ilə sərhədləri bağladı

Belarus Ukrayna ilə sərhədləri bağladı
  02 İyul 2021    Oxunub:1090
Belarus Ukrayna ilə sərhədləri tam şəkildə qapayır.
Azvision.az xəbər verir ki, bu barədə "Belta" xəbər agentliyi məlumat yayıb. Qeyd edilir ki, prezident Aleksandr Lukaşenko Belarus sərhəd qoşunlarına Ukrayna ilə sərhədi tamamilə bağlamağı tapşırb. O Belarusun Müstəqillik günü şərəfinə keçirilən təntənəli tədbirdə bu barədə danışıb.

“Ukraynadan Belarusa çoxlu sayda silah gəlir. Buna görə sərhəd qoşunlarına Ukrayna ilə sərhədi tamamilə bağlamağı tapşırdım”, - Lukaşenko qeyd edib.

Tural Tağıyev
Azvision.az



Teqlər: Belarus   Sərhəd   Ukrayna  





Xəbər lenti