Koronavirusa yoluxanların sayı 183 milyonu keçdi

   Koronavirusa yoluxanların sayı 183 milyonu keçdi
  03 İyul 2021    Oxunub:1117
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 183 milyon 833 min 135 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 979 min 446 nəfərdir. İndiyədək 168 milyon 265 min 914 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 34 579 401 nəfər virusa yoluxub, 620 980 xəstə dünyasını dəyişib. İkinci sırada Hindistan gəlir. İndiyədək ölkədə 30 501 189 nəfərdə virus aşkar edilib. Xəstələrdən 401 068 nəfər həyatını itirib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 18 687 469 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 522 068 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Fransada 5 780 648 yoluxma, 111 135 ölüm faktı qeydə alınıb. Siyahıda beşinci olan Rusiyada 5 561 360 nəfər virusa yoluxub ki, onlardan 136 565-i dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Azvision.az



Teqlər: Koronavirus  



Xəbər lenti