"Ermənistan əhalisi üçün böyük depressiya dövrü başlayır"- Babayan

   "Ermənistan əhalisi üçün böyük depressiya  dövrü başlayır"-   Babayan
  03 İyul 2021    Oxunub:1294
Ermənistan parlamentinin sabiq deputatı Vaan Babayan ölkəsində yaranmış ağır ictimai-siyasi durumdan gileylənib.
Azvision.az xəbər verir ki, o vətəndaşların artıq normal bir ölkədə yaşamadıqlarına işarə vurub. Siyasətçi bildirib ki, bəzi insanlar təhlükəsizliyi sadəcə təhlil edirlər. Çünki onlar öz ətraflarında təhlükəsizliklə bağlı problemləri hiss etməyiblər. Digər bir qism-sadə vətəndaşlar isə fəlakətlərin artıq qapısını döydüyünü görür.

"Su, suvarma problemləri, elektrik enerjisinin tez-tez kəsilməsi, ətin zərərləri haqqında məlumatlar belə bu gün surətlə yayılır. Bunlar siyasətdəki məsələlərdən fərqli olaraq gözə çarpan problemlərdir. Ermənistan əhalisi üçün böyük depressiya dövrü başlayır",- Babayan bildirib.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi bitdikdən sonra Ermənistanda ağır məğlubiyyətin acı nəticələri hələ də hiss olunmaqdadır. Ölkədə bahalaşma dalğası, siyasi və sosial problemlər isə özünün pik həddinə çatıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: Ermənistan   Depressiya   Deputat  





Xəbər lenti