Türkiyədə koronavirusdan daha 55 nəfər ölüb

Türkiyədə koronavirusdan daha 55 nəfər ölüb
  03 İyul 2021    Oxunub:1029
Türkiyədə son sutkada 55 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, koronavirusdan ölənlərin ümumi sayı 49 829 nəfərə çatıb.

Ölkədə 4 891 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 435 831 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 5 352 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 5 305 856 nəfər təşkil edir.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti