Koronavirusu 1 dəqiqəyə aşkarlayan cihaz kəşf edildi

 Koronavirusu 1 dəqiqəyə aşkarlayan cihaz kəşf edildi
  03 İyul 2021    Oxunub:1301
Slovakiyalı mütəxəssislər insan nəfəsindəki koronavirusu 60 saniyədən az müddətdə təsbit edən "FastBreathSpec" adlı spektrometri hazırlayıblar.
Azvision.az xəbər verir ki, bu barədə "The Slovak Spectator" məlumat yayıb. Bildirilir ki, cihaz qısa vaxtda nəfəsi analiz edə bilir. Beləliklə, cihaz hələlik yalnız insanlarda bir dəqiqədən az bir müddətdə nəfəs yolu ilə koronavirusu aşkar edəcək.

Qeyd edək ki, hazırda dünyada 183,4 milyondan çox koronavirusa yoluxma halı qeydə alınıb. Bunlardan 3,9 milyondan çoxu ölümlə nəticələnib, 167,9 milyondan çox insan isə artıq sağalıb. Alimlər virusun daha tez aşkarlanması, müalicəsi və ümumilikdə qısa zamanda onun yayılmasının aradan qaldırılması üçün müxtəlif effektli vasitələr axtarırlar.

Tural Tağıyev
Azvision.az



Teqlər: Koronavirus  





Xəbər lenti