ABŞ qoşunlarını Əfqanıstandan çıxarmağa tələsmir

ABŞ qoşunlarını Əfqanıstandan çıxarmağa tələsmir
  03 İyul 2021    Oxunub:833
ABŞ prezidenti Co Bayden mətbuat konfransında ABŞ qoşunlarının Əfqanıstandan tamamilə çıxarılması prosesinin yaxın vaxtlarda baş tutmayacağını söyləyib.
Azvision.az xəbər verir ki, o bu istiqamətdə aparılan proseslərin planlaşdırılan şəkildə davam etdiyini bildirib.

“Qəbul edilmiş cədvələ uyğun olaraq hərəkət edirik və indiyə qədər hesabladığımız nöqtəyə çatmışıq",- Bayden bildirib.

ABŞ hərbi kontingentinin geri çəkilməsindən sonra Əfqanıstan hökumətinin çökmə təhlükəsi barədə suala isə Bayden belə cavab verib ki, Əfqanıstan prezidenti Əşrəf Qaninin və Əfqanıstanın Milli Barış üzrə Ali Şurasının rəhbəri Abdulla Abdullahın ölkədəki qanuni güclərini qorumaq üçün böyük potensialları var. Ancaq Baydenə görə, ölkə daxilində dəstəyin təmin edilməsinə ciddi diqqət yetirilməli və radikal Taliban hərəkatının liderləri ilə daha çox danışıqlar aparmaları lazımdır.

Xatırladaq ki, bir müddət öncə ABŞ hərbçilərinin Əfqanıstanın ən böyük aviabazası olan Bahramdan ayrıldığı bildirilmişdi.

Qeyd edək ki, ABŞ qoşunlarını Əfqanıstandan may ayından çıxarmağa başlayıb. Prezident Co Bayden administrasiyası qoşunların geri çağırılması prosesini sentyabrın 11-dək başa çatdırmağı planlaşdırır. Əvvəlki ABŞ administrasiyasının “Taliban” hərəkatı ilə razılaşmasına əsasən isə qoşunlar mayın 1-dək ölkədən çıxarmalı idi.

Tural Tağıyev
Azvision.az



Teqlər: ABŞ   Əfqanıstan   Qoşun  





Xəbər lenti