Daha iki şirkət Qarabağa maraq göstərir

Daha iki şirkət Qarabağa maraq göstərir
  03 İyul 2021    Oxunub:1320
Energetika naziri Pərviz Şahbazov “Neqsol Holding” şirkətinin baş icraçı direktoru Yusif Cabbarov və “Nobel Oil” şirkətinin baş icraçı direktoru Vüqar Səmədlini qəbul edib.
Energetika Nazirliyindən Azvision.az -a verilən məlumata görə, görüşdə şirkətlər, onların fəaliyyət sahələri, beynəlxalq bazarlarda gerçəkləşdirilən layihələri, gələcək planları haqqında məlumat verilib, Azərbaycanda, xüsusi ilə işğaldan azad edilmiş ərazilərimizdə bərpa olunan enerji layihələrində iştirakla bağlı maraq ifadə edilib.

Məlumata görə, energetika sahəsində müxtəlif istiqamətlərdə, o cümlədən “yaşıl enerji”dən istifadənin genişləndirilməsi üzrə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.


Azvision.az




Teqlər: Energetika  





Xəbər lenti