Putin ilə Makron Ukraynanı, Liviyanı və Qarabağı müzakirə ediblər

   Putin ilə Makron Ukraynanı, Liviyanı və Qarabağı müzakirə ediblər
  03 İyul 2021    Oxunub:1117
Rusiya prezidenti Vladimir Putinlə fransız həmkarı Emmanuel Makron arasında telefon danışığı olub. Liderlər Moskva və Parisin beynəlxalq məsələlərdə qarşılıqlı əməkdaşlığını müzakirə ediblər.
Söhbət zamanı vurğulanıb ki, prezidentlər arasında 2019-cu ilin avqustunda Breqansonda əldə olunmuş Avropada təhlükəsizliyin və etimadın yeni arxitekturasının formalaşmasına dair birgə fəaliyyətlərin qurulması haqqında razılaşmalar aktuallığını qoruyur, - Azvision.az xarici mediaya istinadən xəbər verir.

Bundan başqa, Putin və Makron Ukraynanın cənub-şərqində danışıqların intensivləşdirilməsinə tərəfdar olduqlarını birldirərək qeyd ediblər ki, münaqişənin tənzimlənməsi üsuluna dair Minskdə qəbul olunan sənədlər alternativsiz olaraq qalır.

Rusiya lideri Kiyevin destruktiv fəaliyyətindən söz açıb. Danışıqların gedişində Dağlıq Qarabağ üzrə üçtərəfli razılaşma mövzusu da qaldırılıb.


„Rusiya prezidenti hərbi əməliyyatlardan əziyyət çəkmiş rayonların əhalisinin humanitar problemlərinin həllində avropalı tərədaşların, xüsuilə də Fransanın daha sıx iştirakının zəruri olduğuna diqqət çəkib“, - xəbərdə deyilir.

Prezidentlər ATƏT-in Minsk qrupunun səyləri də daxil, münaqişələrin tənzimlənməsinin müxtəlif aspektlərini əlaqələndirməyə hazır olduqlarını ifadə ediblər. Xəbərdə o da qeyd olunur ki, Makronun göstərdiyi marağa cavab olaraq, Putin iyunun 16-da Cenevrədə baş tutmuş rus-amerikan sammitinin əsas nəticələri haqda həmkarına məlumat verib.

Prezidentlər ikitərəfli əməkdaşlıq mövzusunu da müzakirə edərək, ilk növbədə ticari-iqtisadi, daha sonra enerji və mədəni-humanitar sahələrə dair fikir mübadiləsi aparıblar. Tərəflər əlaqələrin davam etdirilməsi barədə vədələşiblər.

Nadir Quliyev
Azvision.az




Teqlər: Putin   Makron   Qarabağ  





Xəbər lenti